"Qayıdanlar xoşbəxt yaşayırlar" - Xüsusi nümayəndənin köməkçisi

   "Qayıdanlar xoşbəxt yaşayırlar" -    Xüsusi nümayəndənin köməkçisi
  02 İyul 2024    Oxunub:1762
"Minatəmizləmə əməliyyatlarından sonra hazırda ərazidə baza infrastrukturun qurulması işləri aparılır. Bura Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Ağdam yolları və şəhərdaxili yol-kommunikasiya şəbəkələri daxildir".
Bu sözləri Füzuli şəhərində jurnalistlər üçün keçirdiyi brifinqdə Prezidentin Ağdam, Füzili və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə deyib. O əlavə edib ki, şəhər qaz və elektrik enerjisilə tam təmin olunub. Digər sosial layihələrin icrasına başlanılıb.

Artıq 822 ailənin Füzuli şəhərinə geri qayıtdığını deyən Ümid İsazadə vurğulayıb ki, onlar burada xoşbəxt həyat sürürlər: "Bunu sosial şəbəkədə qarşınıza çıxan videolarda da görə bilərsiniz".

Xüsusi nümayəndəliyin əməkdaşı əhalinin yüksək keyfiyyətli mənzillərlər təmin olunduğunu xüsusi qeyd edib.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti