Toyda zəhərlənənlərin son vəziyyəti

   Toyda zəhərlənənlərin son vəziyyəti
  23 İyun 2024    Oxunub:1134
İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

AzVision.az


Teqlər:





Xəbər lenti