İşlədiyi evdən inşaat materialları oğurlayan şəxs saxlanılıb - FOTO

İşlədiyi evdən inşaat materialları oğurlayan şəxs saxlanılıb -    FOTO
  22 May 2024    Oxunub:1116
Xəzər rayonunda müxtəlif cinayət əməlləri törədənlər yaxalanıblar.
DİN-dən AzVision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə - heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkədə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus tikilməkdə olan evdən 125.000 manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb. Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   oğurluq   narkotika   DİN  





Xəbər lenti