Avro-2024: Türkiyənin Portuqaliya sınağı

Əvvəlcə F qrupunda Gürcüstan Çexiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bu gün qardaş ölkə Türkiyənin də milli komandası növbəti oyununa çıxacaq. Vinçenzo Montellanın kollektivini Portuqaliyaya qarşı çətin matç gözləyir. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İlk turda F qrupunda Portuqaliya Çexiyaya, Türkiyə isə Gürcüstana qalib gəlib.
E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
F qrupu
17:00. Gürcüstan - Çexiya
Baş hakim: Daniel Siebert (Almaniya)
"Volkspaarkstadion"
20:00. Türkiyə - Portuqaliya
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Siqnal İduna Park"
E qrupu
23:00. Belçika - Rumıniya
Baş hakim: Simon Marçinyak (Polşa)
"Rayn-Energi”
AzVision.az
Teqlər: