Qarabağda daha 13 məktəb tikiləcək

   Qarabağda daha 13 məktəb tikiləcək
  18 Aprel 2024    Oxunub:841
“İşğaldan azad olunmuş ərazilərində ümumi təhsil müəssisələrinin sayı 5-dir. Burada 800-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-dən çox müəllim məşğul olur. 13 müəssisənin təmir tikintisi davam edir”.
AzVision.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib:

“Məktəbəqədər təhsil müəssisələrinin sayı isə 2-dir. Burada 30-a yaxın uşaq təhsil alır. Həmin ərazilərdə 4 məktəbəqədər təhsil müəssisənin təmir tikintisi davam edir, 4 müəssisənin isə tikintisinə başlanılacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti