Azyaşlı qızı hədələyib qızılını oğurladılar

   Azyaşlı qızı hədələyib qızılını oğurladılar
  18 Aprel 2024    Oxunub:508
Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti