Mikayıl Cabbarov Yaponiya səfirini qəbul edib

   Mikayıl Cabbarov Yaponiya səfirini qəbul edib
  02 Aprel 2024    Oxunub:816
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.

Rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafının prioritet məsələlərdən olduğu vurğulanıb.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   Yaponiya   səfir   görüş  





Xəbər lenti