Minaya düşən şəxslərin vəziyyəti açıqlanıb

 Minaya düşən şəxslərin vəziyyəti açıqlanıb
  02 Aprel 2024    Oxunub:696
Tərtər rayonun Suqovuşan qəsəbəsində minaya düşən şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2024-cü il tarixində saat 16:00 radələrində Suqovuşan qəsəbəsində minaya düşmə səbəbilə xəsarət alan 3 nəfər Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, sağ bazunun və döş qəfəsinin sağ hissəsinin çoxsaylı qəlpə yarası, 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları təyin edilib.

Hazırda 1 nəfərin Tərtər Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Zəruri tibbi yardımın göstərilməsi üçün 2 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinin müalicələri davam etdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti