İki narkokuryerdə 4 kq narkotik maddə aşkarlanıb - FOTO/VİDEO

   İki narkokuryerdə 4 kq narkotik maddə aşkarlanıb -    FOTO/VİDEO
  02 Aprel 2024    Oxunub:860
Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdə 4 kiloqram heroin və metamfetamin aşkar olunub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar.

Baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.


AzVision.az


Teqlər: DİN   cinayət   narkotik-maddə  





Xəbər lenti