"Qarabağa qayıdan 1500 nəfər işlə təmin edilib" - Sahil Babayev

   "Qarabağa qayıdan 1500 nəfər işlə təmin edilib" -    Sahil Babayev
  02 Aprel 2024    Oxunub:852
"İndiyədək təxminən 5000-dən artıq keçmiş məcburi köçkün öz yurduna qayıdıb. Geri qayıdan vətəndşaların demək olar yarısı, təxminən 2500-dən çox insan əmək qabiliyyətli şəxslərdir və onlardan 1500-ü işlə təmin edilib".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin canlı efirində deyib.

Onun sözlərinə görə, hazırda 1000 nəfərin işlə təmin olunmasına çalışılır:

"Qarşıda böyük hədəflər var, aidiyyəti qurumlarla birlikdə əsas prioriteti qayıdan şəxslərə veririk. Çətinliklərdən biri qayıdan insanların bir çoxunun ixtisassız olmasıdır. Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramı hazırlamışıq. Təxmini il ərzində 3000-ə yaxın şəxsə ixtisas verə biləcəyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti