Yeni DOST mərkəzləri açılacaq - Nazir statistika açıqladı

  Yeni DOST mərkəzləri açılacaq  - Nazir statistika açıqladı
  02 Aprel 2024    Oxunub:1210
DOST şəbəkəsi növbəti dövrlərdə də genişlənəcək. Hal-hazırda Naxçıvan, Şəki, Sumqayıt, Şuşa, Gəncə və Masallı rayonlarında regional DOST mərkəzlərinin tikilməsi üzrə iş aparılır.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "DOST" TV-nin canlı yayımında deyib. O qeyd edib ki, regional mərkəzlərlə yanaşı, ətraf rayonlar üçün də filial şəbəkələrinin qurulmasına başlanılır:

"Məsələn, Qarabağ Regional DOST Mərkəzinin 7 rayon üçün filial şəbəkəsi yaradılacaq. Yəni vətəndaşın xidmət almaq üçün olduğu rayondan mərkəzə getməsinə ehtiyac olmayacaq. Filialda artıq vətəndaşlara xidmət göstəriləcək".

S.Babayev qeyd edib ki, ümumilikdə ölkədə 17 regional DOST Mərkəzi fəaliyyət göstərəcək:

"2025-ci ilin sonu, 2026-ci ilin əvvəlinə qədər regional şəbəkənin qurulmasını tam yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda 55 filial regional mərkəzlərin olmadığı yerlərdə fəaliyyət göstərəcək. 2026-ci ilədək şəbəkənin qurulması üzərində işlər yekunlaşdırılacaq. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən struktur islahatları yekunlaşacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti