Dağlıq rayonlara qar yağıb

   Dağlıq rayonlara qar yağıb
  25 Mart 2024    Oxunub:861
Martın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 31 sm, Qrızda 3 sm, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Ağsuda 11 mm, Goranboy, Ağdamda 9 mm, Yevlaxda 8 mm, Zərdab, Mingəçevirdə 7 mm, İsmayıllı, Göyçay, Astara, Naftalanda 6 mm, Kürdəmir, Beyləqanda 5 mm, Yardımlı, Tərtər, Şəki, Oğuz, Xaltan, Lənkəran, Lerik, Qəbələ, Göygöl, Şamaxı, Bərdə, Cəfərxan, İmişli, Şahdağ, Quba, Qusar, Balakən, Şahbuz, Ordubad, Sədərək, Qrız, Qobustan, Zaqatala, Şərur, Culfa, Gədəbəy, Sabirabadda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Oğuz, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Balakən, Xaltan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 6 Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta olub.

AzVision.az


Teqlər:





Xəbər lenti