Keçmiş məhkumlar yenidən cinayət törətdilər

Keçmiş məhkumlar yenidən cinayət törətdilər
  20 Mart 2024    Oxunub:897
Martın 19-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1300 manat dəyərində televizorun oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar, paytaxt sakinləri Ceyhun Mirzəyev və Rövşən Əzimov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti