Anbar kimi istifadə olunan obyektlərdə yanğın olub

Anbar kimi istifadə olunan obyektlərdə yanğın olub
  18 Mart 2024    Oxunub:1021
Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti