Şirvan sakinləri 10 kq narkotiklə saxlanılıblar

Şirvan sakinləri 10 kq narkotiklə saxlanılıblar
  18 Mart 2024    Oxunub:666
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti