"Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik" - İlham Əliyev

   "Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik" -    İlham Əliyev
  17 Mart 2024    Oxunub:724
Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib.

“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti