Sumqayıtda beton lövhənin altında qalan kişi öldü

Sumqayıtda beton lövhənin altında qalan kişi öldü
  15 Mart 2024    Oxunub:1040
Bu gün Sumqayıt şəhərində 47 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
AzVision.az xəbər verir ki, şəhərdəki zavodların birinin ərazisində 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton lövhə aşıb. Nəticədə o, hadisə yerində ölüb.

Ölən şəxsin əraziyə metal qırıntıları toplamaq məqsədilə daxil olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti