Karapetyan pilot olacaqdı, o biri dünyaya "uçdu"

   Karapetyan pilot olacaqdı,  o biri dünyaya "uçdu"
  13 Mart 2024    Oxunub:1167
İkinci Qarabağ müharibəsinin başa çatmasından 4 il keçsə də, Ermənistan mediası hələ də hərbçilərin döyüşlərdə müəammalı şəkildə ölməsi ilə bağlı silsilə yazılar dərc edir.
Növbəti belə məqaləni "İrabavan" saytı yayıb. Nəşr Gevorq Karapetyan adlı əsgərin yaxınlarından müsahibə alıb.

Gevorqun anası deyib ki, orduya yeni çağırılan oğlu mühasirəyə düşüb. Amma əsgərlərə deyiblərmiş ki, "türklər (Azərbaycanlılar-red.) 4 km uzaqdadırlar, bacarırsınızsa qaçın”. Ana oğlunun belə bir şəraitdə necə öldüyünü anlaya bilmir.

"Oğlum "Yaşma" ilə qarşılaşandan sonra ondan xəbər ala bilmədik" - Erməni əsgər anası
"Oğlum aviasiya təlim mərkəzində oxuyub və uşaqlıqdan səmaya, uçmağa maraq göstərirdi. Hazırda kiçik oğlum onun yolu ilə gedir. Çünki qardaşı aviasiya məktəbini bitirə bilmədi. Gevorq bir neçə gün əsgər oldu. 2020-ci ilin sentyabrın 27-də müharibə başlayanda o ailə üzvlərinə dedi ki, çağırışçılar döyüş əməliyyatlarında iştirak etmirlər", - işğalçı əsgərin anası oğlunun qaynar nöqtələrə cəlb edilməsindən, ordudakı xaosdan gileylənib.

Yeni çağırılan əsgərlər qısa zamanda döyüşlərə cəlb olunublar və Gevorq oktyabrın 19-da məhv edilib: "Həmin tarixə kimi fikirləşirdim ki, bunlar orduya yeni cəlb edilmiş uşaqlardılar. Heç harada olduqlarını bilmir, silah tutmağı belə bacarmırlar".

Pilot kimi səmaya qalxmağı arzulayan Gevorq indi qəhrəman hərbçilərimizin sayəsində başqa dünyada uçur.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Müharibə   Əsgər   Pilot  





Xəbər lenti