FSB narkolaboratoriya yaradan Ermənistan vətəndaşlarını ifşa etdi - VİDEO

 FSB narkolaboratoriya yaradan Ermənistan vətəndaşlarını ifşa etdi  - VİDEO
  13 Mart 2024    Oxunub:1354
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Çexovda sintetik narkotiklərin istehsalını və satışını təşkil edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərini saxlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Moskva vilayətinin Çexov şəhər rayonunun ərazisində xüsusilə irimiqyaslı sintetik narkotik vasitələrin istehsalı üzrə ixtisaslaşmış Ermənistan Respublikası vətəndaşları arasından yaradılmış cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması üzrə əməliyyat keçirilib.

Narkotik laboratoriyasının yerləşdiyi yerdə cinayət başında Ermənistan Respublikasının üç vətəndaşı saxlanılıb, çəkisi azı 86 kq olan narkotik vasitə mefedronu, həmçinin laboratoriya avadanlığı və müxtəlif kimyəvi maddələr götürülüb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti