“Veymar Üçbucağı” görüşü olacaq: Gündəm Ukraynadır

      “Veymar Üçbucağı” görüşü olacaq:    Gündəm Ukraynadır
  13 Mart 2024    Oxunub:1035
Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk martın 15-də Berlində Almaniya kansleri Olaf Şolts ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, günorta saatlarında Makron və Şolts ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın baş naziri onlara qoşulacaq.

“Politico” bildirir ki, bu, Tusk 2023-cü ilin dekabrında hökumətin başına keçdikdən sonra ilk “Veymar Üçbucağı” görüşü olacaq. Nəşrin mənbəsinin sözlərinə görə, görüşün məqsədi mediada fikir ayrılıqlarının artması ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirməkdir. Qəzet yazır ki, sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur.

Martın 1-də Bloomberg mənbələrə istinadən yazıb ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz bir-biri ilə anlaşmır. Fransa lideri hesab edir ki, alman həmkarında cəsarət və ambisiya yoxdur. Belə ki, iki lider arasında fikir ayrılığı Ukraynadakı münaqişənin gedişinə “təsir edə bilər”.

“Veymar Üçbucağı” Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır. İlkin olaraq o, üç ölkə arasında əməkdaşlığı inkişaf etdirmək, Polşanı Aİ və NATO ilə münasibətlərini yaxınlaşdırmaq üçün bir vasitə kimi düşünülüb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti