Separatçı "deputatlar" Ermənistanı tərk edə bilmirlər

   Separatçı "deputatlar" Ermənistanı tərk edə bilmirlər
  13 Mart 2024    Oxunub:1112
Qarabağdan qaçmış separatçılar Ermənistanda məhdudiyyətlərlə üzləşirlər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Joğovurd” qəzeti yazır ki, keçmiş qondarma parlamentin "deputat"larına Ermənistan sərhədlərindən kənara çıxmaq qəti şəkildə qadağan olunub.

Xankəndinin separatçı rəisi 1,5 milyon dollara restoran alıb - Ermənistan mediası
"Onlara harasa səfər etməyə sadəcə icazə verilmir. "Zvartnots" hava limanından geri qaytarılan "deputat" Geqam Stepanyan da belə bir halla rastlaşıb. Əldə etdiyimiz məlumata görə onun hava limanından mədəni şəkildə qovulmasına səbəb hansısa konkret cinayət işi ilə bağlıdır",-məqalədə yazılıb.

Nəşr xatırladıb ki, hazırda İrəvana sığınmış separatçı "deputat"ları bir-bir İstintaq Komitəsinə çağıraraq sorğu-sual edirlər: "Ermənistan hüquq-mühafizə orqanları onları Qarabağda baş verən son hadisələrlə, xüsusən də Azərbaycanın həbsə atdığı keçmiş "prezident" Arayik Arutyunyanın istefasının səbəbləri ilə bağlı sorğu-sual edirlər. Sorğulamalarda əsas mövzu isə budur ki, "onu kim və ya kimlər buna məcbur ediblər?".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti