Azərbaycan dənizçiləri Rusiya, İran və Çinin birgə hərbi təlimlərini müşahidə edir

   Azərbaycan dənizçiləri Rusiya, İran və Çinin birgə hərbi təlimlərini müşahidə edir
  13 Mart 2024    Oxunub:694
Rusiya, İran və Çin arasında “Dəniz təhlükəsizlik kəməri 2024” təlimlərinin aktiv mərhələsi Oman körfəzində başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın “Varyaq” mühafizə-raket kreyseri və “Marşal Şapoşnikov” freqatının ekipajları “Dəniz təhlükəsizlik kəməri - 2024” birgə beynəlxalq hərbi dəniz təlimi çərçivəsində İran və Çin Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birgə taktiki manevr və rabitə təlimi keçirib.



“Dəniz təhlükəsizlik kəməri - 2024” beynəlxalq hərbi dəniz təlimləri 2018-ci ildən bəri altıncı dəfə keçirilir. Onlarda müntəzəm olaraq İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri iştirak edir. Bu il üç ölkənin donanmasının 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri Ərəbistan dənizində Oman körfəzində manevrlərə cəlb olunub.



Manevrlərin məqsədi “dəniz iqtisadi fəaliyyətlərinin təhlükəsizliyini təmin etmək təcrübəsidir”. İlk dəfə olaraq Azərbaycan, Hindistan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri müşahidəçi qismində iştirak edirlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti