"Pentaqon Ukraynaya göndərilən silahların əvəzində ödəniş almayıb" - KİV

"Pentaqon Ukraynaya göndərilən silahların əvəzində ödəniş almayıb" -    KİV
  12 Mart 2024    Oxunub:740
ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilən silahların əvəz edilməsi üçün hələ də pul almayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika hərbi departamentindəki mənbələrə istinadən yazır. Materialda qeyd olunur ki, ölkə Konqresində müvafiq qərarın qəbulu gecikdiyi üçün Pentaqon vəd edilmiş vəsaitsiz qalıb. Eyni zamanda, bu günə qədər nazirlik Kiyevə ümumi dəyəri 10 milyard dollar olan silahlar ötürüb.

Nəşrin yazdığına görə, ABŞ Müdafiə Nazirliyi itirilmiş vəsaitin Ukrayna və İsrailə əlavə yardım üçün hakimiyyətin müraciətinə daxil ediləcəyini gözləyir. Söhbət bir neçə milyard dollarlıq yardım paketindən gedir, lakin parlamentarilər bu qanunvericilik təşəbbüsü ilə bağlı hələlik razılığa gəlməyiblər.

Mənbə xatırladıb ki, maliyyə çatışmazlığı ABŞ Silahlı Qüvvələrinin texnikasına mənfi təsir göstərə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti