Keçmiş baş nazir sərxoş olduğu üçün təyyarədən uzaqlaşdırıldı

   Keçmiş baş nazir sərxoş olduğu üçün təyyarədən uzaqlaşdırıldı
  11 Mart 2024    Oxunub:978
Finlandiya polisi Estoniyanın keçmiş baş naziri Taavi Rıyvası Helsinki hava limanında təyyarədən endirib.
AzVision.az xəbər verir ki, bu barədə "Delfi" xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, o, xarici işlər naziri Marqus Tsaxknu ilə birlikdə Yaponiyaya uçmalı imiş.

İnsident şənbə günü baş verib. Sərnişinlərə gözlənilmədən ekipajın uçuşu bir qədər gec reallaşadıracağı elan edilib.

"Postimees" portalı isə hadisə şahidinə istinadən xəbər verib ki, elandan vvəl eks-nazir ekipajla mübahisə edib. Onlar fin dilində mübahisə aparıblar və bir müddət sonra polis təyyarəyə daxil olaraq içkili keçmiş naziri ərazidən uzaqlaşdırıblar.

Rıyvas özü isə "Delfi"yə açıqlamasında iddia edib ki, Tallinndən Helsinkiyə uçarkən işləmək üçün noutbukdan istifadə edib Bu səbəbdən də stüardessa ilə mübahisəsi yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Finlandiya  





Xəbər lenti