Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan
AzVision.az -a bildirilib ki, martın 11-də saat 1 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.
AzVision.az