Saatlıda intihar: İş adamını ölümə aparan bir milyon borc

      Saatlıda intihar:    İş adamını ölümə aparan bir milyon borc
  09 Mart 2024    Oxunub:1287
Saatlıda özünü güllələyən şəxs xəstəxanada ölüb.
Məlum olub ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib. Araşdırmalar davam etdirilir.(Qafqazinfo)

AzVision.az


Teqlər:





Xəbər lenti