Zelenskaya və Navalnaya yanaşı oturmaq istəmədilər- Səbəb?
Qəzet yazır ki, Ukraynada Aleksey Navalnının xanımına bir qədər şübhə ilə yanaşırlar. Buna səbəb onun vaxtı ilə Krımın Rusiyaya aid olması ilə bağlı açıqlamaları olub.
“Ukraynada Navalnı milliyətçi və imperializm düşüncəsində olan şəxs kimi qəbul edilir. Bu, onun 2014-cü ildə ifadə etdiyi Krımın Rusiyanın tarixi torpaqlarının bir hissəsi olması ilə bağlı fikrinə görədir",- Avropa Siyasətinin Təhlili Mərkəzinin prezidenti Alina Polyakova deyir.
Eyni zamanda, Yuliya Navalnayanın özü də Baydenin çıxışı zamanı orada iştirak etməyəcək. Bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib. O, bildirib ki, Navalnaya bunu yorğun olması ilə əsaslandırır.
“Yuliya həqiqətən dəvət olunmuşdu və onlar gedəcəkdilər, amma hamı onun vəziyyətini unudur... Yuliyanın əri iki həftə əvvəl vəfat edib. O, bütün bu müddət ərzində səyahət edib. Bu gün Yuliyanın evə gəldiyi ilk gündür. Hər bir insan kimi, onun özünə gəlmək üçün vaxta ehtiyacı var, baxmayaraq ki, o, dəvəti həqiqətən yüksək qiymətləndirir”, - Yarmış bildirir.
Qeyd edək ki, martın 7-də Bayden konqresdə ölkəsinin vəziyyəti ilə bağlı illik çıxışını edəcək. Prezident bunu səbirsizliklə gözlədiyini qeyd edib. Onun yenidən respublikaçıları Ukraynaya yardımla bağlı tez razılığa gəlməyə çağıracağı gözlənilir.
ABŞ-ın birinci xanımı adətən bu cür çıxışlara müxtəlif insanları dəvət edir. Ötən il qonaqlar arasında Ukraynanın ABŞ-dəkı səfiri Oksana Markarova da var idi. Bu il Rusiyada casusluq ittihamı ilə saxlanılan "Wall Street Journal" müxbiri Evan Qerşkoviçin valideynləri də gözlənilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: