"Qaydalar yalnız cəza xarakteri daşımır" - Təhsil Nazirliyi

   "Qaydalar yalnız cəza xarakteri daşımır" -    Təhsil Nazirliyi
  06 Mart 2024    Oxunub:1467
Bu il şagird davranış qaydalarının tətbiq olunacağı məktəblərin sayının 1000-ə çatdırılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.

O qeyd edib ki, qaydalar yalnız cəza xarakteri daşımır, şagirdlərin davranış formalarını, öyrənmək bacarıqlarını özündə əks etdirir.

"Qaydaların tətbiqi valideynlər və müəssisələr arasında müsbət qarşılanır. Bir çox neqativ halların qarşısının alınmasında qaydalar mühüm rol oynayır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti