Ötən il xaricdə döyüşən 7 nəfər saxlanılıb

   Ötən il xaricdə döyüşən 7 nəfər saxlanılıb
  05 Mart 2024    Oxunub:853
Keçən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, bu kimi daha 3 Azərbaycan vətəndaşı müəyyənləşdirilib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 22, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-leqal miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində ötən il ərzində 518 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhədboyu rejim qaydalarını pozduğu üçün 11,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 9,7 min nəfər tutulub, 264 nəfər saxta, 5 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 159 şəxsin sənədlərinin dövlət sərhədindən keçmək üçün etibarlı olmaması aşkarlanıb.

Hesabat ilində əvvəlki ilə nisbətən dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin sayı 28% (6131,6 mindən 7860,4 minǝ), nəqliyyat vasitələrinin sayı isə 18% (1286,9 mindən 1518,4 minə) artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti