Putin Makrona cavab verdi: "Nəticələr daha faciəli olacaq” |
Qeyd edək ki, dünən Vladimir Putin Federal Məclisə müraciətində diqqət çəkən açıqlamalar verib. O qeyd edib ki, Rusiyanın Qərb ölkələrindəki hədəfləri vura biləcək silahları var və rəqiblər bunu unutmamalıdırlar.
Kreml rəhbəri həmçinin Fransa prezidenti Emmanuel Makronun anti-Rusiya açıqlamalarına da sərt reaksiya verib. O, avropalı həmkarlarına tarixə nəzər salmağı, Rusiya ərazilərinə soxulan Qərb ordularının taleyinin nə ilə nəticələnməsini unutmamağı məsləhət bilib.
Tural Tağıyev
AzVision.az