Nazirdən Azərbaycan-Türkiyə Universiteti ilə bağlı növbəti açıqlama

   Nazirdən Azərbaycan-Türkiyə Universiteti ilə bağlı    növbəti açıqlama
  29 Fevral 2024    Oxunub:1029
"Azərbaycan-Türkiyə Universitetinin sentyabrda açılması və daha az kontingentlə fəaliyyətə başlaması nəzərdə tutulur".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. O qeyd edib ki, ilkin mərhələdə prosesə Türkiyədən Orta DoğuTeknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar.

"Növbəti tədris ilindən Universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda komputer elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi planlaşdırılıb. Gələcəkdə isə tibb təhsilinin tədrisini həyata keçirəcəyik”.

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

“Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modellərinin formalaşdırılması hədəflənib”, - nazir qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti