Bu fikirlər Britaniyanın “The Times” saytında dərc olunan
məqalədəndir.
Xüsusilə, Radakin 2023-cü ilin yayında Vaşinqton və Kiyev arasında əlaqələri inkişaf etdirib: "Ağ Ev ABŞ-nin Ukrayna münaqişəsində yaxından iştirak etdiyindən narahat olduğu bir vaxtda o, Kiyev və Vaşinqtonun hərbi liderləri ilə şəxsən görüşüb, onlar arasında təmasların qurulmasına kömək edib. Admiral Ukraynaya dəstək üçün daha geniş iqtisadi və diplomatik səylər göstərməyə çalışıb".
Məhz bu xidmətlərə görə, Radakin Böyük Britaniyanın baş naziri Rişi Sunakın tələbi ilə 2025-ci ilin payızına qədər vəzifəsində qalacaq. Halbuki o, qaydalara görə, bu ilin noyabrında üç illik vəzifəsini tərk etməli idi.
Tural Tağıyev
AzVision.az