Ölkədə H1N1 pandemiyası tüğyan edir - Ermənistan mediası

      Ölkədə H1N1 pandemiyası tüğyan edir    - Ermənistan mediası
  27 Fevral 2024    Oxunub:722
Ermənistanda uşaqlar arasında naməlum virus yayılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məşhur musiqiçi Mikael Oskanyan isə "Mamul"a açıqlamasında xəstəxanalarda gördüyü mənzərədən dəhşətə gəldiyini deyib.

Ermənistanda qızılcaya yoluxma artır
- İrəvanda əslində H1N1 (donuz qripi) pandemiyası var. Niyə bu barədə heç kim danışmır? Yüzlərlə uşağın yatdığı uşaq xəstəxanalarında olmusunuzmu? Məktəblərdə xeyli sayda davamiyyətin pozulması faktları var. Hörmətli valideynlər, diqqətli olun, - o ölkədəki səhiyyənin durumundan da gileylənib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın səhiyyə naziri Anait Avanesyan ölkədə qızılcaya yoluxma hallarının xeyli artdığını açıqlamışdı. O qeyd edib ki, son həftələrdə bu göstərici 50-55 arasında dəyişir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Uşaq   Virus  





Xəbər lenti