İsveç Ukraynaya 7,19 milyon dollarlıq humanitar yardım ayırır

İsveç Ukraynaya 7,19 milyon dollarlıq humanitar yardım ayırır
  24 Fevral 2024    Oxunub:945
İsveç Ukraynaya 74 milyon kron (7,19 milyon dollar) məbləğində humanitar yardım göstərəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin (Sida) press-relizində deyilir.

Pul Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yönəldiləcək və səhiyyənin dəstəklənməsinə, həmçinin su, qida, istilik və elektrik enerjisinə çıxışın təmin edilməsinə sərf olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti