"Avropada Ukraynanın qələbəsinə inanmırlar" - Orban
O qeyd edib ki, Avropa Parlamentinə sçkilər və ABŞ-də prezidentlik seçkiləri nəticəsində baş verə biləcək siyasi dəyişikliklər Rusiya-Ukrayna münaqişəsində sülhün əldə olunmasına töhfə verə bilər.
Beynəlxalq vəziyyətlə bağlı proqnozlardan danışan Orban qeyd edib ki, Ukraynada münaqişə hələ davam edəcək. Lakin prezident seçkiləri ilə bağlı mübahisələrə görə ABŞ-dən Ukraynaya maliyyə dəstəyi azala bilər.
"Ukraynalılara dəstək baha başa gəlir. Bütün Avropada fermerlər üsyan edir və heç kim Ukraynanın qələbəsinə inanmır", - Macarıstan hökumətinin başçısı bildirib.
AzVision.az
Teqlər: