İki nəfər imtahandan xaric edildi

   İki nəfər imtahandan xaric edildi
  11 Fevral 2024    Oxunub:2453
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.
DİM-dən AzVision.az -a verilən məlumata görə, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub.

Hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti