İmtahanlarda dəyişiklik olmayacaq
Hələ Nazirlər Kabineti tərəfindən buraxılış imtahanlarına dair yeni qaydalar təsdiq olunmadığını deyən TQDK rəsmisi layihənin Təhsil Nazirliyi və TQDK arasında hazırlandığını vurğulayıb. "Hələlik ortaq variant olmadığından ötən ilki qaydalar təsdiq edilib".
"Bu il də buraxılış imtahanlarında testlər və yazı işləri olacaq. Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötən ilki qaydalara əsasən keçiriləcək”.