Mərakeşdə 90 min illik ayaq izləri aşkarlanıb - FOTO / VİDEO

   Mərakeşdə 90 min illik ayaq izləri aşkarlanıb -    FOTO / VİDEO
  31 Yanvar 2024    Oxunub:1294
Arxeoloqlar Şimali Afrika və Aralıq dənizinin cənubunda indiyədək qeydə alınmış insana məxsus ən qədim ayaq izlərini üzə çıxarıblar.
AzVision.az xəbər verir ki, ayaq izləri 2022-ci ildə Mərakeşin şimal-qərbində yerləşən Laraş şəhərinin çimərliyində tapılıb.

Fransanın Cənubi Bretan Universitetinin professoru və laboratoriya müdiri Münsif Əs-Sədrətinin rəhbərliyində aparılan tədqiqat nəticəsində müəyyənləşib ki, izlər 90 min əvvələ aiddir.

"Çimərlikdəki qayaları nəzərdən keçirərkən ilk ayaq izini aşkarladıq. Hamımız təəccübləndik. Əvvəl düşündük ki, yox, bu ayaq izi deyil, lakin irəlilədikcə daha çoxu qarşımıza çıxdı", - tədqiqatın rəhbəri söyləyib.

Məlumata görə, tapılan 85 ayaq izi buz dövründə yaşamış uşaqdan qocayadək müxtəlif yaş qruplarındakı 5 nəfərə məxsusdur.

Hazırda tədqiqat qrupu Laraş şəhərinin cənub sahilində və ətraf mağaralarda "buz dövrü insanlarının niyə dəniz sahilində yaşadıqları" sualına cavab tapmaq üçün araşdırmalar aparır.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti