Ayda qəribə maqnit gücü olan daşlar aşkar edilib

   Ayda qəribə maqnit gücü olan daşlar aşkar edilib
  26 Yanvar 2024    Oxunub:1697
Ayın Rayner Qamma bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Münster Universiteti məlumat yayıb.

Kosmik gəmilərin Ayda enməsi asanlaşdırılır
Mütəxəssislərin araşdırmalarına görə, bu iri daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirmə xüsusiyyətinə malikdirlər. Universitetdə çalışan alim Ottaviano Ryuşanın fikrincə, Ayın maqnit xüsusiyyətləri haqqında hazırkı biliklər məhdudluğu ilə seçilir. Ona görə də yeni süxurlar və daşlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə müəyyən mənada işıq salacaq.

Xatırladaq ki, yanvarın 19-da Yaponiya kosmik gəmisini Aya uğurla endirə bilən beşinci ölkə olub. Bundan sonra Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi olan JAXA "Ayda Smart Lander for Investigating Moon" (SLIM) modulunun ilk fotosunu nümayiş etdirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ay   Daş   Maqnit  





Xəbər lenti