İlqar Mirzəyevin ailəsinə son sözü - Milli Qəhrəmanın oğlu xatırlayır (Müsahibə) |
- Gülnarə bakalavr təhsilini Memarlıq və İnşaat Universitetində almışdı. Magistr təhsilini xaricdə almaq planı isə onun öz təşəbbüsü ilə baş tutub. Təbii ki, valideyn olaraq biz də yönəldirdik. Amma övladlarımızın istəyinə həmişə dəstək olmuşuq, yanlarında olduğumuzu göstərmişik. Qızım sabah vətənə qayıdacaq. O, ölkəmiz üçün faydalı olmaq və nələrsə etmək istəyir.
- Qızınız yəqin ki, artıq iş təklifləri də alıb?
-Onun üçün tezdir. Diplomunu yeni alıb, qayıdandan sonra seçimini edəcək.
-Şəhid polkovnikin Gülnarə ilə bağlı hansı arzuları var idi?
- Hər bir valideyn öz övladı üçün ən yaxşısını istəyir. Bizim də arzumuz övladlarımızın təhsili, sağlamlıqları ilə bağlı idi. Bu, İlqarın arzusu idi. Çalışırıq ki, İlqarın hər bir arzusunu yerinə yetirək. Qürur duyuram ki, övladlarımız atalarının istəyini yerinə yetirirlər.
-Gülnarə Bakıya qayıdandan sonra nələri etməyi planlaşdırır?
-Özü daha yaxşı cavab verə bilər. Sosial şəbəkələrdə yazılan xoş təbrikləri oxuyub, çox sevinir, qürurludur.
-Oğlunuz Elvin hazırda nə işlə məşğuldur?
-Azərbaycandadır. Hərbi xidmətini başa vurduqdan sonra dövlət orqanlarından birində işləyir. Harada işlədiyini açıqlaya bilmərəm.
Qeyd edək ki, Tovuz döyüşləri zamanı Azərbaycanın 12 hərbçisi - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.
Həmçinin bax:
Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür
Şahanə Rəhimli
AzVision.az