Gəncimiz fizika və astronomiya olimpiadasında dünya ikincisi olub

Gəncimiz fizika və astronomiya olimpiadasında dünya ikincisi olub
  22 Yanvar 2024    Oxunub:1990
Ərəstun Mahmudov adına 220 saylı məktəb - liseyin 10R sinif şagirdi Nihal Hüseynzadə ilk mərhələsi Azərbaycanda keçirilən, final mərhələsi isə Texas ştatının Hyuston şəhərində keçirilən Kopernik adına beynəlxalq fizika və astronomiya olimpiadasında dünya ikincisi olub.
“Amerikada 5 gün səfərdə olduğumuza görə imtahanla yanaşı bir çox qrup işləri və proyektlər həyata keçirdik”,-deyən Nihal Hüseynzadə onu da qeyd etdi ki, "NASA, Rice universiteti və Hyuston dövlət muzeyi kimi əhəmiyyətli təhsil və mədəniyyət mərkəzlərində geniş təcrübə topladıq.İmtahan nəticələrinə gəldikdə isə Azərbaycan millisini təmsil edən 24 nəfərdən 2-si qızıl 12-si gümüş 7-si bürünc olmaqla ümumilikdə 21 nəfər 3 yerdən birinə layiq görüldülər".

Reytinqdə isə bu nəticə ilə Azərbaycanı 1- ci yerə daşıdıq. Bu qələbəmi şəhidlərə, qazilərə və onların ailələrinə həsr edirəm. Dövlət bayrağımızı başqa ölkədə havalara qaldıran və dünyaya bir daha gücünü göstərən Azərbaycan vətəndaşı olaraq Ümumilli liderin dediyi: "Təhsil millətin gələcəyidir" sözündən yola çıxaraq gələcəyimizi daha da inkişaf etdirəcəyimə, dövlət bayrağı və himni ilə daima ucalara yüksələcəyimə söz verirəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti