36 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib

   36 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
  19 Yanvar 2024    Oxunub:1274
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatının ödənilməsi təmin olunub.
AzVision.az xəbər verir ki, bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulan 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti