"Google" ixtisarlara davam edəcək

"Google" ixtisarlara davam edəcək
  18 Yanvar 2024    Oxunub:2054
Bir çox sahədə iş yükünü azaltmaq üçün süni intellekt kimi müasir texnologiyalardan istifadənin artırıldığı bir dövrdə "Google"un baş icraçı direktoru Sundar Piçay şirkətdə il ərzində ixtisarların davam edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Piçayın sözlərinə görə, "ixtisarlar ötənilki kimi genişmiqyaslı şəkildə hər departamentə tətbiq edilməyəcək".

"Reuters"in əldə etdiyi məlumata əsasən, bu barədə şirkətin işçilərinə xəbərdarlıq xarakterli e-poçtlar göndərilib.

Xatırladaq ki, "Google" keçən həftə bir sıra məhsul və xidmətləri ("Pixel", "Nest", "Fitbit", "Voice Assistant" və s.) üzrə departamentlərdəki işçilərin ixtisar ediləcəyini açıqlayıb.

Şirkətdə ixtisar dalğası yeni hadisə deyil. "Google" ötən ilin yanvarında da 12 min nəfəri işdən çıxarmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: şirkət   ixtisar   texnologiya  





Xəbər lenti