"Hər il uşaqlıq boynu xərçəngindən 115 qadın ölür" - Muradyan

"Hər il uşaqlıq boynu xərçəngindən 115 qadın ölür"    - Muradyan
  17 Yanvar 2024    Oxunub:925
Ermənistanda hər il 178 qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulur, 115-i isə bu xəstəlikdən dünyasını dəyişir.
AzVision.az xəbər verir ki, bunu Herasi adına İrəvan Tibb Universitetinin rektoru Armen Muradyan deyib.

O əlavə edib ki, Ermənistan uşaqlıq boynu xərçənginə görə regionda Gürcüstandan (100 min qadına 9,8) sonra ikinci yerdədir (100 min qadına 8,4).
Muradyan xəstəliyin erkən aşkarlanması üçün skrininq proqramlarının keçirilməsinin və "Pap-test"in aparılmasının vacibliyini önə çəkib. Uşaqlıq boynu xərçəngi qadın reproduktiv sisteminin onkopatologiyasıdır və surətli deyil, yavaş şəkildə irəliləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti