Zaxarova Yəmənin bombalanmasının səbəblərini açıqladı

Zaxarova Yəmənin bombalanmasının səbəblərini açıqladı
  17 Yanvar 2024    Oxunub:1023
ABŞ Yəməni bombalamaqla dünya ictimaiyyətinin və öz seçicilərinin diqqətini regionun digər bölgələrindəki uğursuzluqlarından yayındırmağa çalışır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-in efirində deyib.

O qeyd edib ki, Vaşinqtonda oturanlar öz mənfəətlərindən, hazırkı durumlarından narahatdırlar
Hazırda Birləşmiş Ştatlar ölkə daxilində səslərin toplanmasına yönəlmiş fəallıqlar yaratmaqda maraqlıdır: "Onları narahat edən də budur".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti