Məşhur alim Rusiyanın qələbəsini proqnozlaşdırır - “Le Figaro”

   Məşhur alim Rusiyanın qələbəsini proqnozlaşdırır -     “Le Figaro”
  17 Yanvar 2024    Oxunub:955
Fransız tarixçi və antropoloq Emmanuel Todd Rusiyanın Ukraynada qələbə qazanacağını proqnozlaşdırıb.
O, bu barədə məşhur “Le Figaro” nəşrinə müsahibəsində danışıb.

Fransanın keçmiş baş naziri Kiyevə yardımları səmərəsiz adlandırdı
Fransalı alimin fikrincə, Qərb ölkələri hazırda qaçılmaz çöküşlə üz-üzədir. O bu qənaətini üç faktorla əsaslandırır. Bunlar sənayenin tənəzzülü və ABŞ-da təhsilin çöküşü, protestantlığın bir dəyər sistemi kimi yoxa çıxması və Rusiyanın digər dünya ölkələrinin qarşısında artan cəlbediciliyidir.

“Gəlin illüziyalara qapılmayaq. Rusiyanın bu istiqamətdə olan səyləri artacaq”, - tarixçi deyib.

Qeyd edək ki, Todd hələ 70-ci illərdə “Son çöküş” kitabı ilə tanınıb. O, kitabında SSRİ-nin dağılacağını proqnozlaşdırmışdı. Tarixçi öz nəşrində heç kimin diqqət yetirmədiyi detalları təhlil edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna münaqişəsində qalib kimi çıxmasının qarşısını almağı vacib saymışdı. Fransa lideri Parisin Kiyevə təxminən 40 SCALP raketi, bir neçə yüz bomba və "Sezar" haubitsasını təhvil verəcəyini açıqlayıb.

Bir neçə gün öncə isə Fransanın keçmiş baş naziri Dominik de Vilpen Ukraynaya hərbi yardımları səmərəsiz tədbirlər adlandırmışdı.


Həmçinin, Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri, general Jan-Pol Palomero Vladimir Putinin ordunu gücləndirdiyini və buna görə də Rusiyanın bu il Ukraynanı məğlub edə biləcəyini proqnozlaşdırmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Alim   Ukrayna   Rusiya  





Xəbər lenti