Liftdə yaralananların son vəziyyəti açıqlanıb

   Liftdə yaralananların son vəziyyəti açıqlanıb
  17 Yanvar 2024    Oxunub:860
Bakıda Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəzada xəsarət alan 3 nəfər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq İnstitutdan məlumat verilib.

"23 yaşlı kişi - hər iki diz oynağının və bel-oma nahiyəsinin əzilməsi, qarım boşluğunda ağrı olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə göndərilib.

52 yaşlı qadın - Sağ daban sümüyünün yerdəyişmiş sınığı, bel-oma və qarın nahiyyəsinin əzilməsi diaqnozu ilə daxil olub. Daban sınığına görə gips qoyulub. Qarın boşluğunun müayinəsi üçün Kliniki Tibbi Mərkəzə göndərilib.

14 yaşlı yeniyetmə - sağ diz oynağı və sağ aşıqbaldır oynağı əzilməsi diaqnozu qoyulub. Hazırda xəstənin müalicəsi davam etdirilir".

TƏBİB-dən isə bildirilib ki, Sabunçu Tibbi Mərkəzində müalicə alan 1 nəfərə (uşaq) zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə qəza baş verib, 2-si uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti