Kirbi: "Əməliyyatlarda yeni mərhələ müsbət addımdır"

  Kirbi:  "Əməliyyatlarda yeni mərhələ müsbət addımdır"
  17 Yanvar 2024    Oxunub:1264
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
AzVision.az xəbər verir ki, Con Kirbi İsrailin Qəzza zolağının şimalında əməliyyatları başa çatdırdığını və yeni mərhələyə qədəm qoyduğunu bildirib.

"Düşünürük ki, bu, daha az intensiv əməliyyatlara keçid üçün müsbət addımdır. Hazırda əməliyyatlar əsasən cənubda davam etdiyinə görə, ümidvarıq ki, mülki şəxslər Qəzzanın şimalına qayıda biləcəklər", - koordinator deyib.

O həmçinin Bayden administrasiyasının Qəzza zolağına yeni humanitar yardım paketi də hazırladığını diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kirbi   Qəzza   əməliyyat   brifinq  





Xəbər lenti