Təlimlərdən qaçan ermənilərə qarşı həbs dalğası başlayır - "Hraparak"

      Təlimlərdən qaçan ermənilərə qarşı həbs dalğası başlayır -    "Hraparak"
  17 Yanvar 2024    Oxunub:1173
Ermənistan rəhbərliyi fərarilik hallarını azaltmaq üçün qanunları sərtləşdirir. "Hraparak" qəzetinin yaydığı məlumata görə, Müdafiə Nazirliyi xüsusi qanun layihəsi hazırlayıb.
Təqdim edilən sənəd qəbul olunarsa, bu zaman vətəndaşlara qarşı cinayət işinin başlanması asanlaşacaq.

Paşinyandan etiraf: Fərarilik halları geniş yayılb
"Bu layihə hərbi təlim məşğələlərinə və onlara qatılmaq barədə bildirişlərə aiddir. Gözlənilən dəyişiklikləri nəzərə alaraq, ictimaiyyətə bildirişlərin çatdırılması üçün xüsusi yeni variantın yaradılması təklif edilib. Bundan sonra bildirişlər “azdarar.am” internet saytında yerləşdiriləcək.

Bildirişlər yerləşdirildikdən 5 gün sonra vətəndaş artıq çağırışla bağlı lazımi qaydada məlumatlandırılmış hesab ediləcək. Əgər o, çağırışa reaksiya verməsə, təlimdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni, vətəndaş gündə ən azı bir dəfə “azdarar.am” saytında adını yoxlayıb təlimə çağırılıb-çağrılmadığını öyrənməyə borcludur ki, həbsxanaya düşməsin”, məqaladə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti