Günəş parlaqlığının artması Yeri yaşanmaz hala gətirəcək

 Günəş parlaqlığının artması Yeri yaşanmaz hala gətirəcək
  15 Yanvar 2024    Oxunub:2364
“Qaia Samanyolu” layihəsi üzərində işləyən Avropa Kosmik Agentliyinin astronomları Günəşin gələcək taleyi ilə bağlı proqnoz təqdim ediblər.
AzVision.az xəbər verir ki, alimlər bütün fiziki cisimlər kimi Günəşin ölümünün qaçılmaz olduğunu vurğulayıb və onun da təbiət qanunlarına tabe olduğunu xatırladıblar. Onun son qürubunu görməyimiz çətin olsa da, qalaktikamızın əsas ulduzunun sönə biləcəyi düşüncəsi bizi narahat edir.

Fransadakı Kot d'Azur Rəsədxanasının astronomu Orla Krivi vurğulayır ki, qalaktikadakı digər ulduzları öyrənmək üçün Günəşin quruluşunu anlamaq lazımdır.

Alimlərin fikrincə, qarşıdakı bir neçə milyard il ərzində Günəş termonüvə sintezi üçün lazım olan hidrogen ehtiyatlarını tükəndirməklə öz temperaturunu tədricən artıracaq. Bu, nüvənin sıxılmasına, heliumun atılmasına və qabığın yanmasına gətirib çıxaracaq. Nəticədə Günəş qırmızı nəhəngə çevriləcək. "Hidrogen və helium ehtiyatını tükəndirən Günəş sonda soyuyaraq ağ cırtdana çevriləcək", - Science Alert xəbər verir.

Bu mərhələlərin hər birinin müddəti ulduzun fərdi xüsusiyyətlərindən asılıdır. “Gaia Samanyolu” layihəsinə əsasən, astronomlar Günəşin həyatının ən dəqiq xronologiyasını əldə ediblər. Günəşin hazırda təqribən 4,57 milyard il yaşı var və onun temperaturu təxminən 8 milyard ildən sonra zirvəyə çatacaq. Qırmızı nəhəng Günəşi 10-11 milyard il gözləyir və onun parlaqlığının hər milyard ildə təxminən 10% artması gözlənilir. Bu, Yer kürəsini yaşayış üçün yararsız hala gətirərək istiliyin artmasına səbəb olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti